top of page
line-compressor.png

Uşaq Stomatologiyası

Uşaq stomatologiyasında müalicənin təmami ilə yeni formatını istifadə edirik – Fotona Light Walker Lazer aparatı, hansı ki, süd va daimi dişlərin yumşaq və sərt toxumalarında tez və effektiv müalicə aparmasını təmin edir. Lazer təsiri altında dişlərin mina qatına zərər yetirən və ağız boşluğunda xəstəlik törədən həyat fəaliyyəti sürən patogen bakteriyalar məhv olunur. Uşaq stomatologiyasında lazerin tətbiqi anesteziyasız(ağrıkəsici istifadə etmədən) müalicə etmək imkanı yaradır ki, bu da uşaqlarda qorxunun yaranmasının qarşısını almaq və müalicə keyfiyyətini yaxşılaşdırmağa şərait yaradır.

Dr. Sevda Allahverdiyeva

Dr. Sevda Allahverdiyeva

Uşaq Stomatoloqu

Biz müalicənin təmami ilə yeni formatını istifadə edirik – Fotona Light Walker Lazer aparatı, hansı ki, süd va daimi dişlərin yumşaq və sərt toxumalarında tez və effektiv müalicə aparmasını təmin edir. Lazer təsiri altında dişlərin mina qatına zərər yetirən və ağız boşluğunda xəstəlik törədən həyat fəaliyyəti sürən patogen bakteriyalar məhv olunur. Uşaq stomatologiyasında lazerin tətbiqi anesteziyasız(ağrıkəsici istifadə etmədən) müalicə etmək imkanı yaradır ki, bu da uşaqlarda qorxunun yaranmasının qarşısını almaq və müalicə keyfiyyətini yaxşılaşdırmağa şərait yaradır.

 

Valideynlərinin bir çoxu bu sualla müraciət edir “Süd dişləri onsuzda dəyişəcək nə üçün onları müalicə etmək lazımdır”

SÜD DİŞLƏRİ:

  1. Daimi dişlərin öz yerlərinə normal şəkildə istiqamətlənməsinə bələdçilik edir.

  2. Onların quruluşu üçün material təşkil edir.

  3. Daimi dişlərin böyüməsini stimulə edir.

 

Yadda saxlayın əziz valideynlər

Əgər süd dişlərini müalicə etsək: onda o, gələcək daimi diş üçün yer saxlayın və çeynəmədə iştirak etməyə davam edir.Bu da özlüyündəhəzm prossesi üçün çox vacibdir.

Dişlərin itirilməməsi uşağın danışığının inkişafı və sözləri tələffüzü üçün çox vacibdir

Əgər Daimi dişləri çəksək onda:

Qonşu dişlər və əks tərəfin dişləri diş cərgəsində öz yerlərini dəyişməyə başlayır.Nəticədə dişlər əmələ gəlmiş boşluğa tərəf öz yerini dəyişir və daimi dişlər artıq ikinci cərgədə çıxmağa başlayır və dişləmin normadan kənar inkişafı baş verir.

Süd dişlərinin vaxtınnan əvvəl itirilməsi daimi dişlərin vaxtında çıxmasının ləngidə bilər.

Süd dişinin kökləri daimi dişin mayası iə yanaşı yerləşir.Əgər süd dişindəki iltihabi proses daimi dişin mayasına keçərsə o zaman daimi diş ya ümümiyyətlə çıxmaya bilər ya da zədələnmiş halla çıxa bilər.

Süd dişlərini onların təbii tökülməsinə kimi saxlanması çox vacibdir!Dişlərin vəziyyəti-həzm sisteminin və bütovlüklədə bütün orqanizmin sağlamlığının güzgüdəki əksidir.

Dişlərinizi qoruyun!!!

uşaq stomatologiyası - uşaqlarda karies

Uşaqlarda karies

Uşaqlarda erkən karies 1-3 yaş aralığında müşahidə olunur. Bu cür kariesin əmələ gəlmə səbəbi kariesə səbəb olan kariesogen mikroflora ilə uşağın yoluxması və gecə vaxtlarında tərkibində şəkər olan qidaların uşaqlara verilməsi göstərilir.

Kriesin qarşısını necə almalı ?

Mütləq əmziklər və uşağın ağzına apara biləcəyi oyuncaqlar strelizə olunmalıdır.

Gecə qidalanmalarına məhdudiyyət qoyulmalıdır. Gündə iki dəfə olmaqla dişlər fırçalanmalıdır.

bottom of page